1999-cu il 28 sentyabr tarixində Vaşinqton
şəhərində imzalanmış “Azərbaycan
Respublikası Hökuməti və Amerika
Birləşmiş Ştatları Hökuməti arasında
kütləvi qırğın silahlarının
yayılmasının qarşısının alınması və
müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə
Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının
Azərbaycan Respublikasındakı Səfirliyi arasında notalar mübadiləsi formasında
bağlanılmış Sazişin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında 2017-ci il avqustun 15-də və sentyabrın 20-də notalar mübadiləsi formasında bağlanılmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr
2017-ci il
Azərbaycan.- 2017.- 22 dekabr.-
S.6.