“Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin
Hökuməti arasında diplomatik və rəsmi/xidməti
pasportlara malik şəxslərin
viza tələbindən azad
edilməsi haqqında” Sazişin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il avqustun 18-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr
2017-ci il
Azərbaycan.- 2017.- 22 dekabr.- S.6.