“2005-ci il
martın 30-da Varşava şəhərində
imzalanmış Azərbaycan Respublikası Hökuməti və
Polşa Respublikası Hökuməti arasında
müdafiə sahəsində əməkdaşlıq
haqqında Sazişdə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti
arasında” Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış
Azərbaycan Respublikası
Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında
Sazişdə dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Hökuməti ilə
Polşa Respublikası
Hökuməti arasında”
2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanmış
Protokol təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 dekabr 2017-ci il
Azərbaycan.- 2017.- 22 dekabr.- S.6.