Azərbaycan Respublikasının
Vergilər Nazirliyi ilə Litva
Respublikasının Maliyyə Nazirliyi
yanında Dövlət Vergi Müfəttişliyi
arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında
qarşılıqlı inzibati yardım
haqqında Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında 2017-ci il oktyabrın 27-də Vilnüs şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-22 dekabr.-
S.6.