Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 11 sentyabr
tarixli 3130 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyi
strategiyası”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 9, maddə 1081; 2014, ¹ 4, maddə 391; 2015, ¹ 9, maddələr 989, 1050) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.4.1.5-ci yarımbənddə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 4.1.5-1-ci yarımbənd əlavə edilsin:
“4.1.5-1. Xarici Kəşfiyyat Xidməti;”.
3.5.3-cü bənddə “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.
4. Həmin strategiyaya Əlavə 2 - “Vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qurumlar üçün əsas və dəstək tipli cavabdehlik cədvəli” üzrə:
4.1. 3-cü və 11-ci bəndlərdə “MTN” akronimi “DTX” akronimi ilə əvəz edilsin və “FHN” akronimindən sonra “, XKX” akronimi əlavə edilsin;
4.2. 2-ci, 5-ci, 9-cu, 16-cı və 17-ci bəndlərdə “MTN” akronimi “DTX, XKX” akronimləri ilə əvəz edilsin.
5. “İxtisarlar:” hissəsi üzrə:
5.1.altıncı abzasda “MTN - Milli Təhlükəsizlik Nazirliyi” sözləri “DTX - Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;
5.2.yeddinci - on beşinci abzaslar səkkizinci - on altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“XKX - Xarici Kəşfiyyat Xidməti;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-22 dekabr.- S.6.