V.C.Cəfərovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərinə və Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında fəal iştirakına görə Valeh Cabbar oğlu Cəfərov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 dekabr 2017-ci il
Azərbaycan.- 2017.-22 dekabr.- S.6.