Vətənə və millətə xidmətin ləyaqət simvolu

 

“...O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə

İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

14 il öncə böyük öndər Heydər Əliyev bu fikri ilə Azərbaycan xalqına onun alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı göstərdi. Çünki ulu öndər tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla gerçəkləşdirəcək.

 

Xalqın müdrik seçimi, vədinə sadiq Lider

 

Ölkəmizin gələcək inkişafının, vətəndaşlarımızın firavan həyatının məhz Heydər Əliyevin yeritdiyi siyasətin varisliyindən, dövlət hakimiyyətinin həmin siyasətin həyata keçirilməsini təmin edə biləcək etibarlı əllərə tapşırılmasınıdan asılı olduğunu dərindən dərk edən Azərbaycan xalqı yeni minilliyin ilk prezident seçkilərində yeganə düzgün seçimini edərək dahi şəxsiyyətin ən layiqli davamçısı İlham Əliyevə səs verdi.

Bu seçim dünyanın tərəqqipərvər, sabitlik, demokratiya, sülh, rifah, inteqrasiya şəraitində yaşamağa üstünlük verən bütün mütərəqqi qüvvələri tərəfindən həm Azərbaycanda, həm də regiondakı ictimai-siyasi proseslərin məntiqindən doğan labüd hadisə kimi qarşılandı. 14 il öncə ulu öndərin xalqa etdiyi müraciət - siyasi tövsiyə Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu və həyat bu sözlərin nə qədər böyük bir həqiqət olduğunu nəinki Azərbaycana, bütün dünyaya göstərdi. Ümummilli liderin bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdiyi Azərbaycanı yüksələn xətlə inkişaf etdirərək ona bütün sahələrdə böyük uğurlar qazandıran Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi.

Müstəqilliyimizin bərpasından ötən iyirmi altı ildə keçilən yola nəzər salarkən gələcəyə doğru inamla gedən azad, suveren, demokratik və mütərəqqi Azərbaycan aydın görünür.

 

Yüksək iradə, qətiyyət və prinsipiallıq

 

Siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, lider fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı lider amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir.

Liderlik tipologiyasına müxtəlif baxışlar mövcuddur. Ən maraqlılarından biri xarizmatik liderlik fenomeninin klassik tədqiqatçısı Maks Veberə aiddir. O, 3 növ liderlik müəyyənləşdirdi: ənənəvi (ənənələr üzərində tabeçilik), xarizmatik liderlikrasional - leqal liderlik. Prezident İlham Əliyevdə hər üç liderlik əlamətləri vəhdət təşkil edir. Yəni, siyasi xəttin davamı, pozitiv enerji doğurmaq bacarığı olan, sosial fəaliyyətə üstünlük verən, ünsiyyətçilik məharəti ilə, eyni zamanda ekstraordinar keyfiyyəti ilə fərqlənən liderdir.

Eyni zamanda, İlham Əliyev şəxsi nümunəsində əsl lider ilə populistin fərqini əyani şəkildə göstərir. Belə qəbul olunur ki, lider uzaq perspektivi görərək kütləni, xalqı səfərbər edib o hədəfə doğru aparır, populist isə kütlənin arxasında gedərək onun xırda, cılız, populist maraqlarını, emosiyalarını qızışdıraraq özünü sanki onlara xidmət edən kimi göstərir. U.Çörçilin məşhur ifadəsində deyildiyi kimi, siyasətçi ilə dövlət xadiminin fərqi ondadır ki, siyasətçi növbəti seçkilər, dövlət xadimi isə növbəti, gələcək nəsillər barədə düşünür, fəaliyyəti ona yönəlir. Ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətdə Azərbaycanın qazandığı nailiyyətlər İlham Əliyevin əsl dövlət xadimi olduğunu bir daha isbatlayır.

Əlbəttə ki, əsl siyasətçi mümkün olmayanı reallaşdırmaq qabiliyyəti ilə seçilir. Vəd vermək mümkündür, lakin onu reallaşdırmamaqla ən cəlbedici ideyaları da insanların gözündən salmaq olar. Bu mənada, İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü lider olduğunu təsdiqləyib. Dövlət başçısının elə bir vədi yoxdur ki, ötən 14 ildə bəyanat səviyyəsində reallaşmamış qalsın. Cənab

İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 14 ildə respublikamız zamanı qabaqlayan inkişaf tempiyeni-yeni sosial dəyişikliklərlə dünyanı heyrətləndirə bilib.

Sosial dəyişikliklər insan fəaliyyətinin nəticəsidir. Tarixdə elə bir hadisə yoxdur ki, insan müdaxiləsinin məhsulu olmasın. Təbii ki, tarixi hadisələrə heçbütün insanlar təsir edə bilmir. Tarix yaratma yalnız xüsusi keyfiyyətləri ilə (biliyi, istedadı, gücü, intuitiv duyğusus.) digər insanlardan fərqlənən böyük şəxsiyyətlərə - liderlərə aiddir. Əbəs yerə deyil ki, məşhur şotland alimi Tomas Karlayl dünya tarixini böyük şəxsiyyətlərin bioqrafiyası hesab edirdi. Müasir, qüdrətli Azərbaycanın şanlı tarixinə adını qızıl hərflərlə yazdıran Prezident İlham Əliyev öz xüsusi keyfiyyətləri ilə fərqlənən liderlərdəndir. Yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilən cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlir.

Dövlət başçısının böyük uğurlarının əsas səbəblərindən birionun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirib. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə qətiyyətlə alınıb, cəmiyyətdə barış, həmrəylik ovqatı gücləndirilib.

 

Qüdrətli, güvənli, istiqrarlı

 

Müharibədə - qətiyyət, çətinliklərdə - dəyanət, qalibiyyətdə - mərhəmət, sülh zamanı - xoş məram... U.Çörçilin bu ifadəsi cənab İlham Əliyevin fəaliyyət kredosudur desək, yəqin yanılmarıq.

Dövlət başçısının söylədiyi kimi, Azərbaycan tarix boyu heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadisiyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. İnkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub. Bütün bunlar Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması sayəsində əldə edilib.

Lakin onu da vurğulamalıyıq ki, torpaqlarının 20 faizinin işğalda olduğu,

1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün kimi yaşayan Azərbaycan 30 ilə yaxındır müharibə şəraitindədir. Prezident İlham Əliyev ən mötəbər qurumların - BMT və NATO-nun ali tribunalarında, iştirak etdiyi bütün beynəlxalq konfranslarda, forumlarda, sammitlərdə qətiyyətli çıxışları ilə Azərbaycan həqiqətlərini, Ermənistanın işğalçı siyasətini dünya birliyinə bəyan edib. Dövlət başçısının uğurlu diplomatiyası sayəsində əksər beynəlxalq təşkilatlar, böyük dövlətlər Ermənistanı işğalçı ölkə kimi tanıyan qətnamələr qəbul ediblər.

İşğalçı Ermənistanın mövcud status-kvonun saxlanılması üçün sülh danışıqlarından indiyədək boyun qaçırması Azərbaycanın öz hərbi potensialını daim gücləndirməsini şərtləndirib. Çünki sülh variantı baş tutmasa, Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcək.

Bu gün Azərbaycanın Silahlı Qüvvələri Qafqazın ən güclü, hazırlıqlı və modern ordusudur. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir və müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə ölçülür. Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini isə ötən ilin aprelində bütün dünya gördü. Aprel hadisələrindən sonra ilk növbədə dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir daha əmin oldular ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev xoşməramlı siyasəti ilə daim münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirərək Ermənistana dəfələrlə çağırışlar edib. Lakin Ermənistanın cinayətkar, kriminal hərbi siyasi rejimi, əlləri dinc əhalinin qanına bulaşmış hərbi xunta bununla razılaşmır.

 

Təkmilləşmə, modernləşmə, demokratikləşmə

 

Ümumiyyətlə, güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta müəyyən mənada qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibidir. Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi də bunu təsdiq edən gerçəklikdir.

Bu nailiyyətlərin əldə olunması asan başa gəlməyib. Antiazərbaycançı şəbəkənin davamlı hal alan təfriqələri, dünya erməniliyinin bitməyən qərəzli kampaniyaları qarşısında məğrurluqla dayanan Azərbaycan və onun lideri bütün bu təxribatları puça çıxarmaqla bərabər, ölkənin hərtərəfli yüksəlişinə də nail olub. Bu nailiyyətlərin davamlılığını qorumaq üçün isə əsas şərt mütərəqqi islahatların ardıcıllığını təmin etmək, həmçinin onun qlobal çağırışlara tam adekvatlığına, dünyanın ən müasir, modern tələblərini özündə ehtiva etməsinə nail olmaqdır. Bu baxımdan 1 il öncə keçirilən Konstitusiya islahatları və onun nəticələri bu prosesin uğurlu gedişinə böyük töhfə verdi.

Cənab İlham Əliyevin müəllifi olduğu Konstitusiya islahatları təkmilləşmə, modernləşmə, demokratikləşmə və davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin daha geniş miqyasda tətbiqinin zəmininə çevrildi. Konstitusiya islahatlarının nəticələri ölkədə köklü islahatlara, yeniliklərə təkan verdi, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən amilləri gücləndirdi.

Bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək milli inkişaf modelini nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdirmilli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğumilli identikliyin qorunub saxlanılması şərtilə həyata keçirilir. Prezident İlham Əliyev ötən 14 ildə sübuta yetirib ki, demokratiya milli inkişafşüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasiiqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar paralel, kəsişmədən, bir-birini qabaqlamadan həyata keçirilir. Siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflıq barədə danışmaq olar.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi cəmiyyət həyatının bütün sahələrinin inkişafı, o cümlədən müasir hüquq və idarəetmə sistemlərinin formalaşması ilə müşayiət olunur. Aydındır ki, hüquqi dövlətin uğurlu inkişafı bütün məziyyətləri ilə yanaşı, həm də hüquqi sahədə idarəçiliyin təkmilləşdirilməsi ilə sıx bağlıdır. Bu mənada müstəqil Azərbaycanın inkişaf reallıqlarının ən mühüm tərəflərindən biri ölkədə hüquqi sistemin modernləşdirilməsi istiqamətində atılan əhəmiyyətli addımlar və əldə olunan uğurlu nəticələrdir.

Həyata keçirilən hüquqi islahatların qayəsini ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğı, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil edir, bu da təbiidir, çünki “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” - deyən ölkə Prezidenti mütəmadi olaraq ictimaiyyətlə görüşərək vətəndaşların qayğıları ilə maraqlanır, onların müraciətlərinə həssaslıqla yanaşılmasını daim diqqət mərkəzində saxlayır, humanizm siyasətini uğurla davam etdirir.

 

Xalqa və dövlətə sədaqətli xidmət

 

Müasir liderlik nəzəriyyələrində liderlərin şəxsi keyfiyyətləri sırasına empatiya hissiniaid edirlər. Empatiya hissi dedikdə bir qərar qəbul edərkən digərlərinin emosional vəziyyətini anlamaq başa düşülür. Göründüyü kimi, cənab Prezidentdə bu hiss də yüksək səviyyədədir. Liderliyin əsas keyfiyyətləri barədə əsrlərdir müxtəlif fikirlər söylənilir, araşdırmalar aparılır. Xarizma, idarəçilik istedadı, birləşdiricilik bacarığı, prosesləri nəzarətə almaq qabiliyyəti və digər bu kimi göstəricilər liderin əsas dəyərləri kimi qəbul edilir. Əslində, zaman, yaxud da ölkəsinin məngənəsində olduğu böhran liderdən tələb olunan şərtləri də dəyişir. Amma bütün dövrlərdə tarixin əsl liderdən bir dəyişməz tələbi olub: qətiyyət və cəsarət. Məhz hansısa bir təlatümdə nümayiş etdirdikləri qətiyyət və cəsarət sayəsində adi fərdlər liderə, sıradan əsgərlər cahangirlərə çevriliblər.

Bu gün İlham Əliyevin şəxsində, demək olar ki, hər gün gördüyümüz qətiyyət və cəsarət yalnız bir insanın və liderin deyil, artıq bütöv bir millətin və dövlətin səciyyəvi xüsusiyyətidir.

Ümumilikdə ötən dövrün təhlili bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini daha da sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

 

Mehdi ABDULLAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq elmləri doktoru

 

Azərbaycan.- 2017.- 23 dekabr.- S.12.