Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən şənlikdə iştirak edib

 

Dekabrın 22-də Zirə Mədəniyyət Mərkəzində xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum, qaçqın məcburi köçkün ailələrindən olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Yeni il şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, IDEA İctimai Birliyinin Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi şənlikdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi rəhbəri Leyla Əliyeva da iştirak edib.

Heydər Əliyev Fondunun, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarının da qatıldıqları tədbirdə uşaqlar şənlənib, rəqs ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şənlikdə uşaqlarla əylənməsi, onlarla fotolar çəkdirməsi balacaları daha da ruhlandırıb.

Leyla Əliyeva uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları tədbirin təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Forum iştirakçıları Leyla Əliyevaya kəlağayı hədiyyə ediblər.

Tədbirdə iştirak edən uşaqlara IDEA İctimai Birliyi tərəfindən Yeni il hədiyyələri təqdim olunub.

Sonra uşaqlara Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzi haqqında məlumat verilib. Onlar Mərkəzin tədris otaqları, gimnastika zalı, art, foto-video studiyaları ilə tanış olublar. Burada sərgilənən qədim Azərbaycan xalçaları uşaqlarda xoş təəssürat yaradıb.

Daha sonra IDEA-nın xüsusi layihəsi olanAzərbaycanın 9 möcüzəsisilsiləsindənQuşlar cənnəti-Ağgöl Milli Parkısənədli filmi nümayiş etdirilib.

Mərkəzin eko-parkını gəzən uşaqlara buradakı müxtəlif növ quşlar haqqında məlumat verilib.

Tədbir çərçivəsində uşaqları yaşıllıqların qorunmasına cəlb etmək, onlarda kiçik yaşlardan təbiətə sevgi qayğı hissini formalaşdırmaq məqsədilə Mərkəzin həyətində ağac gül kolları əkilib.

Bu tədbirin təşkil edilməsində məqsəd yaşlarından asılı olmayaraq fəal gəncləri ətraf mühit problemlərinin həllinə cəlb etmək, onların təbiətin mühafizəsi üçün mübarizəyə qoşulmalarına bu sahədə liderlik qabiliyyətlərini inkişaf etdirmələrinə təkan verməkdir.

 

Azərbaycan.- 2017.-23 dekabr.- S.15.