ISESCO-nun baş direktoru “Bakı Dövlət Universitetinin dostu” adına layiq görülüb

 

İslam Təhsil, Elm Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Bakı Dövlət Universitetində olub.

AZƏRTAC xəbər verir ki, universitetin professor-müəllim heyətinin iştirakı ilə keçirilən görüşdə akademik Abel Məhərrəmov baş direktor Əbdüləziz bin Osman əl-Tuveycrinin dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, müasir dünyada təhsilin, elmin mədəniyyətin inkişafına layiqli töhfələr verdiyini bildirib. ISESCO-nun fəaliyyəti barədə danışan rektor təşkilatın əsas məqsədinin İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, İslam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi incəsənəti dünyaya təqdim etmək olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında İslam Təhsil, Elm Mədəniyyət Təşkilatı üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradıldığını, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü, qurumun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edildiyini diqqətə çatdırıb. Əbdüləziz bin Osman əl-Tuveycrinin ölkəmizə həmişə diqqət göstərdiyini vurğulayan rektor onun beynəlxalq arenada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ədalətli cəsarətli çıxışlar etdiyini xatırladıb. Rektor ISESCO-nun baş direktorunun Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edildiyini, Heydər Əliyev FondununQızıl çinarbeynəlxalq mükafatına layiq görüldüyünü, Azərbaycanın ali mükafatı olanDostluqordeni ilə təltif olunduğunu qeyd edib.

Sonra universitetin tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri görüşdə çıxış edərək Azərbaycanda gedən davamlı inkişaf proseslərindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan böyük uğurlardan danışıb. O, Azərbaycanın bu uğurlarının İslam dünyasında ondan kənarda böyük maraqla qarşılandığını bildirib. Əbdüləziz bin Osman əl-Tuveycri qocaman ali təhsil ocağında olmasından məmnunluğunu ifadə edib, BDU-nun Azərbaycanın elm təhsilindəki yerini rolunu, o cümlədən son illər universitetin beynəlxalq nüfuzunun daha da artmasını yüksək qiymətləndirib.

Baş direktor ISESCO-nun Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini, təcavüzkarların torpaqlarımızı qeyd-şərtsiz tərk etməli olduqlarını söyləyib.

Əbdüləziz bin Osman əl-Tuveycri tolerantlıq mövzusuna toxunaraq dini, irqi ayrı-seçkiliyi pisləyib, Azərbaycanda müxtəlif dinlərin xalqların nümayəndələrinin əmin-amanlıq, sülh şəraitində yaşadıqlarını vurğulayıb.

Mədəniyyət Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə görüşdə çıxış edərək bildirib ki, ISESCO Azərbaycana daim dəstək göstərir, onu dünyaya nümunəvi dəyərlərə malik multikultural cəmiyyətə malik ölkə kimi tanıdır. Bir neçə il bundan əvvəl Bakı şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan edilib. Bir il ərzində ölkəmizdə bununla əlaqədar bir çox tədbirlər keçirilib. Gələn il üçün isə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı adına layiq görülüb. Qarşıdakı bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər təşkil olunacaq.

Sonra ISESCO-nun baş direktoru tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Əbdüləziz bin Osman əl-Tuveycri dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük roluna, elm təhsilin tərəqqisinə verdiyi dəstəyə görəBakı Dövlət Universitetinin dostuadına layiq görülüb.

 

Azərbaycan.- 2017.-23 dekabr.- S.15.