Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər
oğlu.
Sizi doğum gününüz
münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Sizin rəhbərliyinizlə
sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq
problemlərin həllində fəal rol oynayır.
Siz Rusiyanın əsl dostu kimi
ölkələrimiz arasında strateji tərəfdaşlıq
münasibətlərinin möhkəmlənməsinə
böyük şəxsi töhfə verirsiniz.
Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının
Prezidenti
Azərbaycan.- 2017.- 24 dekabr.-
S.3.