Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın genişmiqyaslı nailiyyətləri Sizin dövlət lideri, uzaqgörən siyasi xadim öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərinizi əyani şəkildə təsdiq edir. Sizin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyinizi yüksək qiymətləndirirəm. Bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur. Bununla əlaqədar, Sizi bir daha Belarus Respublikasına rəsmi səfərə dəvət edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən daim yeni uğurlar diləyir, Zati-alinizə, doğmalarınıza yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik firavanlıq arzu edir, Azərbaycan xalqına sevgimi hörmətimi bildirirəm.

Dərin ehtiramla,

 

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

 

Azərbaycan.- 2017.- 24 dekabr.- S.3.