Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sürətlə dəyişən bugünkü dünyada Sizin rəhbərliyiniz ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib. Ölkənizin beynəlxalq qurumlar çərçivəsində məsələləri dialoq vasitəsilə həll etməyə sadiqliyi digərləri üçün mükəmməl modeldir. Eyni zamanda, dövlətiniz xalqınız üçün uzunmüddətli rifahı təmin etməyə müvəffəq olub.

Bu fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı mükəmməl və daha da möhkəmlənməkdə davam edən əlaqələri xüsusilə dəyərləndirdiyimi və iki ölkə arasında əməkdaşlığın genişlənməsi naminə verdiyiniz töhfələrə görə Monteneqroda hamımızın adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Filip Vuyanoviç

Monteneqronun Prezidenti

 

Azərbaycan.- 2017.- 24 dekabr.- S.3.