Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər
oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz çoxmillətli Azərbaycanda və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz qazanmısınız. Sizin Vətəninizə sədaqətlə xidmət etməyiniz Azərbaycan Respublikasının möhkəmlənməsinə, onun beynəlxalq mövqeyinin güclənməsinə və ölkə əhalisinin rifahının yaxşılaşmasına şərait yaradır. Azərbaycan Respublikasının qazandığı parlaq uğurlar bütün dünyaya göstərir ki, Siz görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirirsiniz.
İcazə verin, məni Azərbaycan Respublikasının yüksək dövlət təltifinə - “Dostluq” ordeninə layiq gördüyünüz üçün bu xoş fürsətdən istifadə edib Sizə bir daha dərin təşəkkürümü bildirim. Mən bunu Azərbaycan ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan arasında dostluq əlaqələrinin inkişafına və əməkdaşlığa Sizin xüsusi diqqətinizin göstəricisi kimi dəyərləndirirəm. Bizim xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri həmişə səmimiyyət və etimad kimi xüsusiyyətləri ilə fərqlənib və bu gün də belədir. Biz, dağıstanlılar bu münasibətləri yüksək qiymətləndiririk.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, ali dövləti vəzifənizdə, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Xızrı Şıxsəidov
Rusiya Federasiyası Dağıstan Respublikası
Xalq Məclisinin sədri
Azərbaycan.-
2017.- 24 dekabr.- S.4.