Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər
oğlu.
Doğum gününüz
münasibətilə səmimi təbriklərimi qəbul edin.
Biz Sizi Azərbaycan xalqının
inkişafına və rifahına yönəlmiş uzaqgörən
siyasət yürüdən müdrik siyasi xadim və öz
ölkəsinin vətənpərvəri kimi
tanıyırıq.
Əminəm ki, Sizin səyləriniz sayənizdə Azərbaycan Respublikası bundan sonra da demokratik dövlətçilik təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcək. Xalqın daimi dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyiniz bundan sonra da Sizin dövləti fəaliyyətinizdə uğurlara şərait yaradacaq.
İcazə verin, bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim.
Hörmətlə,
Ruslan Edelgeriyev
Rusiya Federasiyası
Çeçenistan Respublikası
hökumətinin sədri
Azərbaycan.-
2017.- 24 dekabr.- S.4.