Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin parlaq siyasi istedadınız və müdrik diplomatik qabiliyyətiniz sayəsində bu gün Azərbaycan dünyanın siyasi arenasında nüfuzlu yer tutur. Siz ölkənizi qətiyyətlə yeni qələbələrə doğru aparırsınız. Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə ölkənin gələcəyini qurmaq üçün ətrafınızda sıx birləşib.
Zati-aliləri, Sizi bir daha ürəkdən təbrik edirəm. Qoy, Sizin bütün planlarınız ən yüksək dəqiqliklə həyata keçsin, Azərbaycanın mövqeləri daha da möhkəmlənsin, şöhrəti daha da artsın. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.
Hörmətlə,
Dmitri Savelyev
Rusiya Federasiyası
Dövlət Dumasının
deputatı,
Dumanın təhlükəsizlik
və korrupsiyaya qarşı mübarizə
komitəsi
sədrinin birinci müavini
Azərbaycan.-
2017.- 24 dekabr.- S.4.