Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
İcazə verin, doğum gününüz münasibətilə Sizi “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.
Siz ali dövləti vəzifənizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl mövqeli siyasi xadim və dövlətin lideri kimi göstərmisiniz. Sizin rəhbərliyinizlə Azərbaycanda sosial-iqtisadi inkişafda, başqa ölkələrlə ticari-iqtisadi əməkdaşlığın genişlənməsində sanballı uğurlar qazanılıb, daxili bazara xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılıb.
Fürsətdən istifadə edib, Sizə “LUKOYL”un Azərbaycan Respublikası ərazisində fəaliyyətinə daim göstərdiyiniz diqqətə və köməyə görə dərin təşəkkürümü bildirmək, həmçinin Sizi əmin etmək istəyirəm ki, biz azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da fəal surətdə genişləndirəcəyik.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar diləyirəm.
Hörmətlə,
Vahid Ələkbərov
Rusiyanın “LUKOYL” Publik Səhmdar
Cəmiyyətinin prezidenti
Azərbaycan.-
2017.- 24 dekabr.- S.4.