Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri
müxtəlif sahələrdə uğurla
inkişaf edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 23-də
Gürcüstanın Baş nazirinin müavini, daxili işlər
naziri Giorgi Qaxarianı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi.
Dövlətimizin başçısı Giorgi Qaxarianı Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Giorgi Qaxaria təbrikə görə minnətdarlığını bildirərək bundan əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışarkən dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. O, iki ölkə Daxili İşlər nazirlikləri arasında uğurlu əməkdaşlıq aparıldığını dedi.
Söhbət
zamanı ölkələrimizin həyata keçirdiyi
birgə qlobal iqtisadi
layihələrin, o cümlədən
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti
qeyd edildi, Azərbaycan
və Gürcüstan hüquq
mühafizə orqanlarının təhlükəsizliyin təmin
olunması istiqamətində birgə fəaliyyətinin bundan sonra da həyata keçiriləcəyinə əminlik
ifadə olundu.
Azərbaycan.-
2017.-24 dekabr.- S.2.