“Dövlət borcu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 743-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 748, ¹ 11, maddə 1093; 2010, ¹ 4, maddə 276; 2016, ¹11, maddə 1772; 2017, ¹ 5, maddə 704) aşağıdakı məzmunda 13.2.3-1-ci maddə əlavə edilsin:
“13.2.3-1. Azərbaycan Respublikasının Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Təminat Fonduna köçürülən sərbəst qalığı;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 dekabr 2017-ci il
Azərbaycan.-
2017.- 24 dekabr.- S.9.