“Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə Xidmətinin 25 illiyi
(1993-2018)” Azərbaycan Respublikasının yubiley
medalı haqqında Əsasnamə
Azərbaycan Respublikasının 2017-ci il
15 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində (bundan sonra - Xidmət) həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, Xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər silahlı birləşmələrinin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan
Respublikası Xüsusi Dövlət
Mühafizə Xidmətinin 25 illiyi
(1993-2018)” Azərbaycan Respublikasının yubiley
medalı döşün sol
tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda
“Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə Xidmətinin 20 illiyi
(1993-2013)” Azərbaycan Respublikasının yubiley
medalından sonra taxılır.
Azərbaycan.-
2017.- 24 dekabr.- S.10.