Xalqın səninlədir, zəfər sənindir...
Arxada qoyduğun izlər yol olub,
Qarşıda nə qədər işlər, görüşlər.
Ayağın altında yollar yorulub.
Qarşıda yenə də işlər və işlər...
Ruhun da, qəlbin də daim çalışır,
Həmişə xalqının arasındasan.
Yolunu gözləyən küsür, barışır,
Uzun bir ömürün yarısındasan.
Xalqının dərdinə daim yanırsan,
Qarşına məqsədlər qoydun, bitirdin.
Ölkən cavanlaşır, sən yaşlanırsan,
“Qara şəhər”lərə ağ gün gətirdin.
Ruhlar da Şuşada, Cıdır düzündə,
Ali Baş Komandan, sizi izləyir.
Ölkədə hamının
gözü üzündə,
Hücuma əmiri Sizdən gözləyir.
Xalqın səninlədir, zəfər
sənindir.
Xalqı arzusuna yetirəcəksən
Zəfərə inanmaq - imandır, dindir.
Bizə xoşbəxt günlər
gətirəcəksən.
Xalqımın yenilməz igid ər oğlu.
Özün də Öndərsən, ey Öndər oğlu.
Uca Allahımız qorusun səni
Ey Heydər atası, ey Heydər oğlu...
Fikrət Qoca
Azərbaycan.- 2017.- 24 dekabr.- S.1.