Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Əziz qardaşım.
Doğum gününüzü millətim adından və şəxsən öz adımdan təbrik etməkdən böyük sevinc hissi duyuram.
Azərbaycan bu gün beynəlxalq aləmdə nüfuzlu bir mövqeyə sahibdir. Siyasi və iqtisadi sahələrdə mühüm irəliləyişlərə nail olan Azərbaycanın bugünkü uğurlarında ən böyük pay, şübhəsiz ki, Zati-alinizə məxsusdur.
Digər tərəfdən, Azərbaycanla əlaqələrimizin mövcud səviyyəsi də eyni dərəcədə məmnunluq doğurur. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərlə əməkdaşlığımızı tarixi qardaşlığımızın layiq olduğu səviyyəyə çatdırmağa çalışırıq. Xalqlarımız arasındakı əlaqələri daha da möhkəmləndirərkən Sizinlə birgə işləməyə davam etməyin sevincini yaşayacağam.
Hörmətli Prezident, fürsətdən istifadə edib Sizə cansağlığı arzulayır, qardaş Azərbaycan xalqının rifahı üçün ən xoş diləklərimi bildirirəm.
Hörmətlə,
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Prezidenti
Azərbaycan. - 2017.- 26 dekabr.- S.5.