Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.
Siz bütün Azərbaycan xalqının tanınmış liderisiniz. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan nəinki firavanlaşan müasir dövlətə, həm də regional liderə, beynəlxalq arenada nəzərəçarpan və nüfuzlu tərəfdaşa çevrilib.
Sizin görkəmli atanız Heydər Əliyevin başladığı işi – güclü, özünü təmin edən Azərbaycan dövləti qurulması kursunu necə bacarıqla və ləyaqətlə davam etdirməyinizi diqqətlə izləyirəm.
Ölkənizin üzləşdiyi problemlərə görə həmişə səmimi narahatlıq keçirir, Sizin uğurlarınıza ürəkdən sevinirəm.
Dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı fəaliyyətin xüsusi xarakter daşımasına hər vasitə ilə kömək etməyə hazıram.
Sizin həyatınızda ailənizin necə mühüm yer tutduğunu yaxşı bilirəm. Arzum budur ki, doğmalarınız və yaxınlarınız sağlam və xoşbəxt olsunlar.
Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə Sizə bir insan və siyasi xadim kimi uzunömürlülük, rəhbər müdrikliyi və ata xeyirxahlığı arzu edirəm.
İcazə verin, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına da sülh və firavanlıq diləyim.
Dərin hörmətlə,
Vladimir Voronin
Moldova Respublikasının üçüncü
Prezidenti
Azərbaycan.- 2017.- 26 dekabr.- S.5.