Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi VTB Bankı idarə heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti, müdrik siyasi xadimlider kimi bütün təcrübənizi, qüvvənizi və biliklərinizi ölkənin inkişafı və onun vətəndaşlarının firavanlığı işinə həsr edirsiniz. Siz Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün göstərilən beynəlxalq səylərə böyük şəxsi töhfə verirsiniz.

İki ölkənin işgüzar dairələri arasında, o cümlədən maliyyə sahəsində münasibətlərin inkişafına Sizin daimi diqqətiniz ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə ciddi təkan verir.

Biz Rusiyanın sistemyaradıcı bankı olan VTB-nin kapitalında Azərbaycan Respublikası Dövlət Neft Fondunun iştirakını Rusiya ilə Azərbaycan arasında səmimi dostluğun, etimadın və səmərəli qarşılıqlı iqtisadi fəaliyyətin təsdiqi kimi yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər üçün tükənməz mənəvi fiziki qüvvə, möhkəm cansağlığı firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Andrey Kostin

Rusiyanın “VTB Bank” Publik Səhmdar

Cəmiyyətinin prezidentiidarə heyətinin sədri

 

Azərbaycan.- 2017.- 26 dekabr.- S.5.