Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi şəxsən öz adımdan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan olan bütün dostlarınız adından təbrik edirəm.

Fürsətdən istifadə edib, çoxsaylı təşəbbüslərimizi dəstəklədiyinizə, bizim Alma Mater-ə səmimi duyğularınıza Universitetin gələcəyinə laqeyd olmadığınıza görə Sizə bir daha xüsusi hörmətimi dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə işinizdə yeni uğurlar qazanmaq üçün tükənməz qüvvə və ilham arzu edirəm.

Dərin hörmətlə,

 

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki

 

Azərbaycan.- 2017.- 26 dekabr.- S.5.