Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz və Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
münasibətilə ürəkdən
təbrik edim, Sizə möhkəm cansağlığı, böyük
şəxsi səadət
və Vətənimiz
naminə, Yer üzündə sülh və həmrəylik naminə yeni uğurlar arzulayım.
Azərbaycanın dostlarının,
ölkəmizin təbiətinə,
memarlığına, musiqisinə
və ən başlıcası, onun adamlarına heyran qalanların, bizim bənzərsiz Bakıda bircə dəfə olandan sonra özlərinin
etiraf etdiyi kimi, bu “möcüzə”ni
bir daha görmək, Azərbaycanın
zəngin mədəniyyəti
və qədim tarixi ilə tanış olmaq, müasir həyatın ən son nailiyyətlərinə
sevinmək üçün
dönə-dönə oraya
can atanların sayı
ilbəil artır.
Bizim peşə birliyimizin üzvləri arasında da belə dostlar çoxdur, onların təbriklərini Sizə çatdırmağı özümə şərəf sayıram. Təkcə son bir ildə Rusiyanın yüzdən çox notariusu bizim doğma şəhərimizdə olub. Ölkəmizlə tanışlıqdan sonra onların yekdil təəssüratı belədir: “Azərbaycanın fəxr etməyə haqqı var!”.
Biz, doğma tarixi Vətənimizin hüdudlarından kənarda yaşayan həmvətənləriniz bununla fəxr edirik. Biz öz Vətənimizlə, xalqımızla, onun nailiyyətləri ilə fəxr edirik. Sizinlə - bizim Prezidentimizlə, hamılıqla qəbul edilmiş liderimiz, müasir dövrün ən parlaq intellektualı və siyasi xadimi ilə fəxr edirik.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizi bir daha təbrik edim.
Qoy qarşıdan gələn yeni, 2018-ci il Sizə, ailənizə və bütün Azərbaycan xalqına sülh, xoş günlər və səadət gətirsin!
Dərin hörmətlə,
Natiq Ağamirov
Rusiya Notariuslar
Assosiasiyasının sədri,
professor
Azərbaycan.- 2017.- 26 dekabr.-
S.5.