IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib

 

IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib. AZƏRTAC xəbər verir ki, ustad dərsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

IDEA İctimai Təşkilatı və Klassik yoqa məktəbi tərəfindən təşkil olunmuş tədbirdə qonaqlar Xatxa-yoqa dərsində olub, yoqadüzgün qidalanma haqqında xeyli maraqlı məlumatlar əldə edib, vegeterian mətbəxinin nümunələrindən dadıb, eləcə də mərkəzdə saxlanılan heyvanlarla tanış olublar.

Dərs və söhbətləri beynəlxalq diplomaYoqa Şiromani tituluna malik Elçin Quliyev keçirib. E.Quliyev 2002-ci ildən yoqa ilə məşğuldur. O, 2009-cu ildə Polşadakı Şivananda Yoqa Mərkəzində təlim keçib.

 

Azərbaycan.- 2017.- 26 dekabr.- S.11.