Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri
Dekabrın 26-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına
işgüzar səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.
Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB
dövlət başçılarının şərəfinə
rəsmi qəbul təşkil olundu.
Azərbaycan.-
2017.-27 dekabr.- S.1.