Azərbaycan Respublikasında 2018-ci il
üçün ehtiyac
meyarının həddi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə
minməsi
Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr
2017-ci il
Azərbaycan.- 2017.- 27 dekabr.- S.3.