Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 16-cı  bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 27 dekabr.- S.3.