Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab
Prezident.
Sizi doğum gününüz
münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası adından və şəxsən öz
adımdan ürəkdən təbrik edir, ən səmimi arzu
və diləklərimi çatdırıram.
Uğurlu siyasətiniz və
liderliyinizlə Azərbaycan Respublikası regionun ən
inkişaf etmiş ölkəsinə çevrilib və hər
ötən gün dünya səhnəsində yerini və
nüfuzunu daha da möhkəmləndirir.
Eyni zamanda, Sizin Türk
Şurasına daimi dəstəyinizi məmnuniyyətlə
qeyd edir və vurğulayıram ki, verdiyiniz mühüm
töhfələr nəticəsində türk
dünyasının birliyi, bərabərliyi daha da möhkəmlənib
və çoxtərəfli əlaqələrimiz yeni mərhələyə
qədəm qoyub.
Zati-aliləri, bu xoş fürsətdən
istifadə edərək, Sizə möhkəm
cansağlığı, firavanlıq, ailə səadəti
diləyir və ali dövləti fəaliyyətinizdə yeni
uğurlar arzulayıram.
Dərin hörmətlə,
Ramil Həsənov
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi
Azərbaycan.-
2017.-27 dekabr.- S.4.