Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Mərkəzi icra
hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
13 fevral tarixli 363 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 2, maddə 80, ¹ 3, maddə
235; 2007, ¹ 9, maddə 870; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 5, maddə
323; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 3, maddə 198; 2016, ¹ 5, maddə
863, ¹ 7, maddə 1263; 2017, ¹ 5, maddə 828) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının
Nümunəvi Əsasnaməsi”nin
23-cü hissəsində “şikayətlərə”
sözündən sonra
“, habelə dövlət
qulluğuna qəbulla
bağlı keçirilən
müsahibənin nəticələrindən
namizədlərin verdikləri
şikayətlərə” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 dekabr 2017-ci il
Azərbaycan.- 2017.-28 dekabr.- S.2.