Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu xoş gündə Sizə - istedadlı, praqmatik və müdrik dövlət xadiminə, təcrübəli diplomata və Azərbaycan dövlətinin liderinə bir daha səmimi hörmətimi və minnətdarlığımı bildirirəm.
Sizin ardıcıl, balanslaşdırılmış və çoxvektorlu siyasətiniz sayəsində Azərbaycan Respublikası Cənubi Qafqazın əsl regional liderinə çevrilib, dünya birliyində öz layiqli yerini tutub.
Azərbaycan bütün konfessiyaların nümayəndələrinin
dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Məhz
Sizin praqmatik və müdrik siyasi
strategiyanız sayəsində Azərbaycan dövləti bu cəmiyyətin həyat tərzinə çevrilmiş tolerantlıq və multikulturalizm siyasəti yürüdür.
Azərbaycan millətçiliyin,
şovinizmin, faşizmin
və terrorizmin alternativi olan multikulturalizmin ən yaxşı modelidir.
Siz dünyəvi dövlətə,
multikulturalizmə və
tolerantlığa sadiqliyiniz,
bütün konfessiyalara
və Azərbaycanda yaşayan bütün xalqlara hörmətli münasibətiniz sayəsində
həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərindəki
yəhudi icmalarının
çox hissəsinin hörmətini qazanmısınız.
Sizə və Sizin gözəl ailənizə səmimi qəlbdən möhkəm
cansağlığı, xoşbəxtlik,
firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük
uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm.
Dərin hörmətlə,
Arye Qut
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
İsrail Dövlətindəki
nümayəndəliyinin direktoru,
“Cəmiyyət
üçün beynəlxalq
layihələr” qeyri-hökumət
təşkilatının rəhbəri
Azərbaycan.- 2017.- 29 dekabr.- S.3.