F.Q.Qasımovanın “Şöhrət” ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasım qızı Qasımova “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 dekabr
2017-ci il
Azərbaycan.- 2017.-29 dekabr.-
S.2.