“ASAN xidmət” işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında ilk “ASAN xidmət” mərkəzinin 2012-ci il dekabrın 29-da fəaliyyətə başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hər il dekabrın 29-u Azərbaycan Respublikasında “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.-30 dekabr.- S.4.