Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz
münasibətilə Sizi Latviya xalqı adından və şəxsən
öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə
möhkəm cansağlığı, bol enerji, ölkənizə
isə sülh və firavanlıq arzulayıram.
Ölkələrimiz
arasındakı ikitərəfli münasibətlərin
müsbət dinamikasını görməkdən məmnunluq
hissi duyuram.
Sizin ölkəmizə sonuncu səfəriniz
Azərbaycan ilə Latviya arasında sıx bağlarla
qurulmuş əməkdaşlıq əlaqələrinin daha
da güclənməsi üçün möhkəm təməl
yaradıb.
Zati-aliləri, mənim ən
yüksək ehtiramımı, eləcə də Sizə və
Azərbaycan Respublikasının xalqına uğurlu və
firavan Yeni il arzularımı qəbul etməyinizi rica edirəm.
Hörmətlə,
Raymonds Veyonis
Latviya Respublikasının
Prezidenti
Azərbaycan.- 2017.- 30 dekabr.-
S.4.