Sudan Respublikasının Prezidenti Zati-aliləri cənab Ömər Həsən
Əhməd əl-Bəşirə
Hörmətli cənab Prezident,
Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sudan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 28 dekabr
2017-ci il.
Azərbaycan.- 2017.-30 dekabr.- S.4.