Dövlət başçısından ciddi tapşırıq: “Yanardağ”  Qoruğunda qısa müddət ərzində yüksək standartlara cavab verən şərait yaradılsın

 

Daha sonra Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxdı.

Qoruqdakı vəziyyətlə tanış olan dövlətimizin başçısı burada şəraitin dözülməz olduğunu bildirdi. Qeyd etdi ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verdi ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

 

Azərbaycan.- 2017.-30 dekabr.- S.1.