Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 478; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddələr 237, 241; 2003, ¹ 1, maddə 11, ¹ 6, maddə 256, ¹ 8, maddə 423; 2004, ¹ 2, maddə 59, ¹ 6, maddə 415, ¹ 10, maddə 761; 2006, ¹ 2, maddə 67, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 11, maddə 932; 2007, ¹ 1, maddə 3, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə 348, ¹ 6, maddə 460, ¹ 8, maddə 707, ¹ 12, maddə 1048; 2009, ¹ 2, maddə 36; 2012, ¹ 6, maddə 497; 2013, ¹ 6, maddə 621; 2015, ¹ 3, maddə 244,  ¹ 4, maddə 358, ¹ 10, maddə 1094; 2016, ¹ 1, maddələr 24, 27, ¹ 4, maddə 639; 2017, ¹ 1, maddə 24, ¹ 7, maddə 1301) 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. Bu məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsüonlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Maddə 2. Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 31 dekabr.- S.1.