“Cənab Prezident, bütün Qarabağı da bizə qaytaracağınız gün uzaqda deyil!”

 

Dövlət başçısına ünvanlanan məktublarda ölkə vətəndaşlarının Ali Baş Komandana böyük inam hissi öz əksini tapıb

 

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı doğma torpaqlarından didərgin düşən insanların yurd-yuvalarına böyük qayıdışının ilk addımları sayıla bilər. İndi yenidən abadlıq ünvanına çevrilən bu torpaqlar həm də cəmiyyətin yüksək əhvali-ruhiyyəsinin bütün dünyaya, o cümlədən Ermənistana çatdırılmasında da müstəsna rol oynayır. Bununla açıq mesaj verilir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq, burada hansısa çirkin məqsədlərin həyata keçirilməsi mümkün deyil.

Cocuq Mərcanlının bərpası xalqımızın işğal atında olan digər əraziləri də geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə nümayiş etdirdi. Elə cəmiyyətin də birmənalı mövqeyi, əminliyi ondan ibarətdir ki, yaxın tezlikdə Azərbaycan işğal edilmiş bütün torpaqlarını geri qaytaracaq, bu torpaqlar da bərpa edilərək quruculuq ünvanına çevriləcəkdir.

Cəbrayıl rayon sakinlərinin keçirdikləri yüksək sevinc hisslərini Prezident İlham Əliyevə ünvanlanan minnətdarlıq məktublarında da görmək mümkündür.

 

Allah Sizi qorusun!”

 

Cəbrayıl rayonundan Nüsrət Hünbətalıyevin və başqalarının adından Prezidentə ünvanlanan minnətdarlıq məktubunda bildirilir ki, Cocuq Mərcanlı kəndinin bərpası üçün verilən sərəncam bütün Azərbaycan xalqının sevincinə səbəb olmaqla bərabər, Qarabağ torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə böyük inam yaratdı: “Cənab Prezident, xalqımız Sizə güvənir. Əminik ki, Lələtəpədə yüksələn üçrəngli bayrağımız Sizin rəhbərliyiniz ilə Laçında, Şuşada, Kəlbəcərdə, Xocalıda, Ağdamda, Füzulidə, Xankəndidə və işğaldan azad olunacaq digər torpaqlarımızda da dalğalanacaqdır”.

Cəbrayıl rayonunun 2 saylı qəsəbə sakini İsmayıl Quliyevin və digərlərinin adından dövlət başçısına göndərilən məktubda vurğulanır ki, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam hər bir cəbrayıllının böyük sevincinə səbəb olub: “Biz cəbrayıllılar bu tarixi sərəncamı işğal altında olan torpaqlarımıza böyük qayıdışın ilk addımı kimi qiymətləndiririk. Qəti əminik ki, işğal altında olan torpaqlarımızı Sizin Baş Komandanlığınız altında erməni işğalçılarından azad edəcək, tezliklə doğma Qarabağımıza, o cümlədən Cəbrayılımıza qayıdacağıq. Cənab Prezident, bu sərəncama görə bütün cəbrayıllılar adından Sizə dərin minnətdarlığımızı bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

Cəbrayil rayonunun 1 saylı qəsəbə sakini Rauf Musayevdən və başqalarından cənab İlham Əliyevə ünvanlanan məktubda xüsusi olaraq qeyd olunur ki, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verilən sərəncam cəbrayıllılarda böyük ruh yüksəkliyi yaradıb. Məktubda yazılır: “İndi bizim doğulduğumuz yerləri ziyarət etmək üçün torpağımız var. Cənab Prezident, inanırıq ki, işğal olunmuş bütün torpaqlarımız Sizin rəhbərliyinizlə yaxın vaxtlarda azad ediləcək. Bunun üçün hamımız bir olmalıyıq. Bu işdə Sizə uğurlar arzulayırıq. Allah Sizi qorusun”.

 

Sevincimizin həddi-hüdudu yoxdur

 

Cəbrayıl rayonunun 4 saylı qəsəbə sakini Dilqəm Əmiraslanovun və digərlərinin adından Prezident İlham Əliyevə ünvanlanan məktubda bildirilir ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar verilən sərəncam ötən ilin aprel ayındakı tarixi qələbənin davamıdır:Uğurlu aprel döyüşləri nəticəsində Lələtəpə yüksəkliyinin ələ keçirilməsi bizdə belə bir inam yaratdı ki, artıq Cəbrayıla qayıtmaq ərəfəsindəyik. Cocuq Mərcanlı kəndində evlərin tikintisiinfrastrukturun yaradılması ilə bağlı verdiyiniz sərəncam bu inamımızı doğrultdu. Cənab Prezident, atdığınız bütün addımları alqışlayırıq və inanırıq ki, işğal olunmuş torpaqlarımızın hamısı Sizin sayənizdə yaxın vaxtlarda geri qaytarılacaq, bütün məcburi köçkünlər öz yurdlarına dönəcəklər. Sizə sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun”.

Böyük Mərcanlı kəndinin sakini Şahlar Quluyevin adından Prezidentə ünvanlanan minnətdarlıq məktubunda qeyd edilir ki, dövlət başçısı tərəfindən 2017-ci il yanvarın 24-də Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verilən sərəncam sakinləri çox sevindirdi, onlarda böyük ruh yüksəkliyi yaratdı: “Biz dövlətimizə inanırıq və bir daha əmin olduq ki, işğal altında olan torpaqlarımız Sizin müdrik rəhbərliyinizlə tezliklə azad ediləcək”.

 

Bu sərəncam məcburi köçkünlər üçün böyük qayıdışın başlanğıcıdır

 

Cəbrayıl rayonunun sakini Ceyhun Məstəliyev tərəfindən ünvanlanan məktubda xüsusi olaraq vurğulanır ki, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verdiyi sərəncam bütün məcburi köçkünlər, eləcə də qarabağlılar üçün böyük qayıdışın başlanğıcıdır. Məktubda yazılır: “Böyük göllər kiçik bir damladan yaranır. Cocuq Mərcanlı kəndində 50 evin tikilməsi bir damladır. İnşallah, bu damla tezliklə böyük gölə çevriləcək, bütün torpaqlarımız Sizin rəhbərliyiniz ilə işğaldan azad olunacaq. Sizə hədsiz təşəkkürümüzü bildiririk, cənab Prezident!”

Cəbrayıl rayonunun sakini Bayram Təhməzov adından dövlət başçısına ünvanlanan məktubda yazılır ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar verilən sərəncamdan sonra bir daha əmin olduq ki, bizim güclü dövlətimiz, güclü Prezidentimiz, güclü ordumuz var. Aprel döyüşləri bunu bir daha sübut etdi: “Cənab Prezident, biz cəbrayıllılar Sizin siyasətinizi hər zaman yüksək qiymətləndiririk. Allah Sizi qorusun”.

Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbin kollektivi adından Prezidentə minnətdarlıq məktubu yazılıb. Əkbər Məhərrəmovun kollektiv adından dövlət başçısına ünvanladığı məktubda qeyd edilir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün verilən sərəncamı böyük qayıdışın başlanğıcı kimi qəbul edirik: “Biz - Cəbrayıl rayon Sirik kənd tam orta məktəbin kollektivi inanırıq ki işğal olunmuş torpaqlarımız Sizin rəhbərliyiniz ilə işğaldan tezliklə azad olunacaqbütün kəndlərimiz bərpa ediləcəkdir”.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 1 fevral.- S. 1, 2.