İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyinə, mənəvi həmrəyliyinə böyük ehtiyac var

 

İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə məram tərəfdaşlığına böyük ehtiyac var. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasındaİslam Həmrəyliyi İlielan edilməsi humanist sülhsevər bir təşəbbüs olmaqla, ölkəmizin İslam birliyinə həssas münasibətinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 31-də Abşeron Rayon İcra Hakimiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzindəİslam həmrəyliyi: müasir çağırışlar dini maarifləndirməmövzusunda regional konfransda səsləndirilib.

Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, dini icma rəhbərlərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir dini ekstremizm radikalizmin fəsadlarından bəhs edənFitnəsənədli filminin nümayişi ilə başlayıb.

Tədbiri Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi İslami dəyərlərin qorunması təbliği sahəsində görülən işlərdən bəhs edib. Bildirib ki, Azərbaycanda bir neçə ay sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunları İslamdakı həmrəyliyi təcəssüm etdirəcək. Digər tərəfdən, ölkəmizdəİslam həmrəyliyi ilielan olunması həm İslam aləmi daxilində, həm dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. Dövlət tərəfindən Azərbaycanda çoxlu məscidlərin tikildiyini, bir qisminin isə əsaslı təmir edildiyini vurğulayan İ.Gülməmmədova Abşeron rayonunda dini sabitliyin hökm sürdüyünü bildirib.

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı qeyd edib ki, Komitə tərəfindən bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi İslami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdir.

Mübariz Qurbanlı Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələrinin rahat şəkildə yaşadığını heç zaman dini-etnik zəmində münaqişə baş vermədiyini vurğulayıb. Bütün bu faktlar bir daha sübut edir ki, xalqımız dünyanın ehtiyac duyduğu əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlayıb.

Komitə sədri bu gün müzakirəyə çıxarılan mövzunun nəinki regionda, eləcə dünyada gedən proseslərə adekvat münasibət sərgilədiyini bildirib. Əlbəttə ki, bu gün bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsi aktual məsələ kimi ortaya çıxır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır”, - deyə M.Qurbanlı vurğulayıb.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt bölgəsi üzrə qazısı Hacı Rauf Sərdarov çıxış edərək, ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı doğru məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Azərbaycan.- 2017.- 1 fevral.- S. 4.