Azərbaycan-Qətər əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər. Nazirlər iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ilin noyabr ayında Qətər Dövlətinə rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Eyni zamanda, 2016-cı ilin martında Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi töhfə verib.

Nazirlər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Qətər arasında qarşılıqlı anlaşmadialoqa əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq qurulub.

Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan Elmar Məmmədyarov bu layihələrin Körfəz ölkələri üçün faydalı ola biləcəyini söyləyib. O, həmçinin Azərbaycanla Qətərin üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayə qoymaq imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani sözügedən təklifin ölkəsi tərəfindən məqbul sayıldığını, eyni zamanda, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Nazirlər Azərbaycanla Qətər arasında hökumətlərarası birgə komissiyanın fəaliyyətə başlamasının iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyinə əminik ifadə ediblər. Elmar Məmmədyarov bildirib ki, Qətər investorlarının Azərbaycana sərmayə qoyması üçün hər cür şərait yaradılıb və əczaçılıq, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və aqroparkların yaradılması, informasiya texnologiyaları, tekstil, tikinti materiallarının istehsalı, turizm və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq üçün əlverişli imkanlar var.

Qətər Dövlətinin xarici işlər naziri iki ölkə arasında birbaşa uçuşların sayının artırılmasının vacibliyini qeyd edibbu faktın Azərbaycana səfər edən qətərli turistlərin sayına müsbət təsir edəcəyini bildirib.

Elmar Məmmədyarov Qətərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini yüksək qiymətləndiribbuna görə həmkarına təşəkkür edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini xatırladaraq, sözügedən qətnamələrin tələblərinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İlielan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncam imzaladığını deyən Elmar Məmmədyarov bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayıb və Qətər idmançılarının bu yarışlarda fəal iştirak edəcəyinə ümid etdiyini bildirib.

Görüşdə iki ölkə arasında mədəniyyət əlaqələrinin gücləndirilməsi, insanlararası təmasların artırılmasının vacibliyi qeyd olunub və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşdən sonra nazirlər müzakirə olunan məsələlərlə bağlı mətbuat konfransı keçiriblər.

 

Azərbaycan.- 2017.- 1 fevral.- S. 5.