Elmar Məmmədyarov: Azərbaycan ilə Qətər
arasında qarşılıqlı etimad mövcuddur
Azərbaycan ilə Qətər arasında qarşılıqlı etimad mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edib ki, Qətər ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş perspektivlər var. “Biz xarici işlər nazirləri olaraq bu münasibətləri inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, tikinti sahələrində də əlaqələrin qurulması mümkündür”, -deyə nazir bildirib.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllini də müzakirə edildiyini
deyən nazir bildirib:
“Münaqişənin həllində göstərdiyi dəstəyə
görə Qətər Dövlətinə minnətdarlığımızı
bildiririk. Bildiyiniz kimi, bu münaqişənin
həlli üçün BMT Təhlükəsizlik
Şurasının müəyyən qətnamələri var. Lakin təəssüflər
olsun ki, bu qətnamələr hələ də yerinə
yetirilmir. Heç
şübhə etmirəm ki, biz bütün
torpaqlarımızı azad edəcəyik,
hər birini
abadlaşdıracağıq”.
Azərbaycan.-
2017.- 1 fevral.- S. 5.