Görkəmli dövlət və elm
xadimi Əziz Əliyevin yubileyinə həsr
olunmuş konfrans keçirilib
Ə.Əliyev adına
Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə
İnstitutunda Azərbaycan
səhiyyəsinin inkişafında
müstəsna xidmətləri
olan görkəmli alim və dövlət
xadimi, bacarıqlı
səhiyyə təşkilatçısı,
əməkdar həkim,
tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbir iştirakçıları
əvvəlcə Fəxri
xiyabana gələrək
xalqımızın ümummilli
lideri, müasir müstəqil dövlətimizin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib,
məzarı önünə
əklil qoyublar.
Görkəmli dövlət
və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin, görkəmli
oftalmoloq, akademik Zərifə xanım Əliyevanın, istedadlı
həkim-alim, professor Tamerlan
Əliyevin də xatirəsi anılıb, məzarları üzərinə
tər güllər düzülüb.
Azərbaycanın tibb ictimaiyyəti nümayəndələri və
xarici qonaqların iştirak etdiyi konfransda səhiyyə naziri, professor Oqtay Şirəliyev Əziz Əliyevin milli tibb kadrlarının hazırlanmasında çoxşaxəli
fəaliyyəti və
müstəsna xidmətlərindən
danışıb.
Əziz Əliyev
adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektoru,
professor Nazim Qasımov
Əziz Əliyevin həyat və fəaliyyəti barədə
məruzə ilə çıxış edib.
Bildirilib
ki, xalqımız öz şərəfli tarixinə nəzər yetirərkən Vətəninə,
xalqına sadiq olan şəxsləri çox incəliklə və qayğı ilə yada salır.
Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli
təşkilatçısı Əziz Əliyevin xüsusi rolu var. Respublikanın Xalq Komissarlığının müalicə
şöbəsinin rəhbəri,
Bakı şəhərinin
səhiyyə şöbəsinin
rəisi, Azərbaycan
Tibb İnstitutunun rektoru vəzifələrində
işləyərkən Əziz
Əliyev nail olduğu təcrübəsini,
istedadını, sönməz
enerjisini respublikanın
səhiyyəsinə, yüksək
ixtisaslı həkimlərin
yetişdirilməsinə, elmin
inkişafına yönəldib.
Əziz Əliyev 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rektoru olub. Məhz institut tarixinin
bir çox şərəfli səhifələri
Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə
institut öz fəaliyyətini genişləndirib,
tək Azərbaycanın
yox, bütün Sovet respublikalarının,
Monqolustanın, Bolqarıstanın
həkimlərinin hazırlanmasında
iştirak edib. Yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı maksimum
dərəcədə yaxşılaşdırılıb,
onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi
əsərlərinin bir
neçə məcmuəsi
nəşr olunub, həkim-dinləyicilərin qabiliyyəti,
bacarığı dərinləşdirilib
və ixtisas dərəcələri möhkəmləndirilib.
İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb,
tibb sahəsində yüksək kateqoriyalı
elm adamları yetişdirilib. Milli kadrların,
alim-həkimlərimizin yetişdirilməsi
məhz institut rəhbərliyinin məqsədyönlü
xidmətinin təsdiqidir.
Azərbaycan həkimləri kütləvi
şəkildə ixtisasartırmaya
cəlb olundular.
İnstitutda həkimlərin və
əczaçıların internatura,
yenidən ixtisaslaşma,
ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin
edilib. İnstitutun əsas kafedralarının
Bakının iri xəstəxanalarında və
müalicə ocaqlarında
yerləşdirilməsi ilə
elmlə praktikanın
vəhdəti təmin
edilib. İnstitut respublikamızda əhəmiyyətli
bir elmi-tibbi mərkəzə çevrilib.
Əziz Əliyevin elmi fəaliyyəti də geniş olub. Belə ki,
o, 1929-cu ildə aspiranturanı
bitirərək müvəffəqiyyətlə
namizədlik dissertasiyasını
müdafiə edib və sonradan Azərbaycan Tibb İnstitutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən
ölkəmiz üçün
vacib problemlər üzərində həvəslə
və məharətlə
işləyib. Həmin dövrdə
Azərbaycan dilində
həkimlərin və
tələbələrin kliniki
hazırlığı üçün
zəruri olan ilk “Klinik analizlər” dərsliyini Əziz Əliyev nəşr etdirib. 1937-ci ildə Əziz Əliyev “Eksperimental nefrit” mövzusunda doktorluq dissertasiyasını
müdafiə edib.
Bu iş Azərbaycan təbibləri tərəfindən
müdafiə olunmuş
ilk doktorluq dissertasiyalarından
biri idi. Elmi əsər SSRİ Elmlər
Akademiyasının mükafatına
layiq görülüb.
Əziz Əliyev 87 elmi əsərin müəllifidir,
onlardan 70-i təbabətin
ayrı-ayrı sahələrinə,
17-si isə tarixi və siyasi problemlərə aiddir.
N.Qasımov Əziz Əliyevin siyasi xadim kimi
fəaliyyətini də
xüsusi qeyd etdi. Ə.Əliyev istər Azərbaycanda,
istər Dağıstanda
və istərsə də Moskvada yüksək dövlət
vəzifələrində çalışarkən
özünü uzaqgörən,
səriştəli və
bacarıqlı dövlət
xadimi kimi göstərə bilib.
1960-cı ildə
Əziz Əliyevə
“Azərbaycan SSR əməkdar
həkimi” fəxri adı verilib. O, I-II çağırış
SSRİ Ali Sovetinin deputatı,
həmçinin Azərbaycan
SSR Ali Sovetinin I-III çağırış,
Dağıstan MSSR Ali Sovetinin
II çağırış deputatı olub. Əziz Əliyevin iki dəfə Lenin ordeni, Qırmızı Əmək
Bayrağı ordeni, I
dərəcəli Vətən
müharibəsi ordeni
və bir çox medallarla təltif edilib.
1962-ci ilin
sentyabrın 27-də institutun
professor-müəllim heyətinin
vəsatəti əsasında
Nazirlər Sovetinin 773
saylı qərarı
ilə Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutuna professor Əziz
Əliyevin adı verilib. Bu hadisə institutun əməkdaşları
tərəfindən Əziz
Əliyevin böyük
xidmətlərinin qiymətləndirilməsi
kimi dərin minnətdarlıq hissi ilə qarşılanıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli böyük
alim Əziz Əliyevi xalqımızın
tarixində, tibb elmində böyük rolu olan nadir şəxsiyyət adlandırıb.
Bildirilib
ki, dünyada elə insanlar var ki, onlar
təmsil etdikləri millətin, dövlətin
həyatında böyük
iz qoyurlar. Əziz Əliyev məhz belə insanlardan idi. Əziz Əliyevin həyat
və fəaliyyəti
barədə danışmaq
həm asan və eyni zamanda,
çətindir. Tarixin heç
də asan olmayan dövründə çalışan bu ləyaqətli insan hər işi şərəflə, peşəkarlıqla,
vətənpərvərliklə yerinə yetirib.
Rektor Tibb Universitetinin fəaliyyətində danılmaz
rolu olan görkəmli alimin Azərbaycan səhiyyəsi
üçün peşəkar
kadrlar yetişdirdiyini
bildirib. Qeyd edilib ki, bu
universitetə rəhbərlik
etdiyi illərdə Əziz Əliyev ali təhsil
müəssisəsinin işini
daha da təkmilləşdirib.
Həmin
illərdə Tibb Universiteti üçün
Azərbaycan dilində
çoxlu sayda kitab yazılıb. Əziz Əliyev səhiyyənin maddi-texniki bazasının
təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına böyük
önəm verib.
Həmçinin ATU-nun kitabxanası da professor Əziz Əliyevin təşəbbüsü
və bilavasitə iştirakı ilə yaradılıb. Hazırda bu
kitabxana bir milyona qədər adda tibbi ədəbiyyata
malikdir.
G.Gəraybəyli qeyd edib ki,
o, bu günlərdə
Dağıstanda olub və orada elmin
və təhsil sisteminin inkişafının
banisi sayılan Əziz Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini
bildirdi.
Əziz Əliyevlə
bağlı xatirələrini
bölüşən M.A.Topçubaşov
adına Elmi-Cərrahiyyə Mərkəzinin
direktoru, akademik Böyükkişi Ağayev
alimin həm dövlət işində,
həm də elmdə qazandığı
uğurlardan danışıb.
Akademik bu böyük şəxsiyyətin onun yaddaşında sadəliyi
və qayğıkeşliyi
ilə qaldığını
vurğulayıb. Bildirilib ki,
onun Azərbaycan xalqı qarşısındakı
xidmətləri xalqın
yaddaşında daim yaşayacaq və yad olunacaq. İnsanın varlığının sirri onun mənalı
yaşamasındadır deyən
akademik Əziz Əliyevin dünya gözəlliklərini və
xoşbəxtliyini xalqa
olan sevgisində və xidmətində gördüyünü qeyd
edib. İllərin insan yaddaşına
hakim olmadığını deyən B.Ağayev Əziz Əliyevin dünyasını dəyişdiyi
vaxtdan uzun illərin ötməsinə
baxmayaraq, onun əziz xatirəsinin xalqımızın qəlbində
əbədi yaşadığını
vurğulayıb.
Əziz Əliyevin Dağıstan xalqı qarşısında
əvəzsiz xidmətlərindən
danışan Dağıstan
Dövlət Tibb Universitetinin prorektoru Ruslan Şahbanov təmsil etdiyi universitetin rektoru professor Süleyman Mammayevin konfrans iştirakçılarına
məktubunu səsləndirib.
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev ailə üzvləri adından atasına göstərilən diqqətə
görə dövlət
başçısına və
tibb ictimaiyyətinə
öz minnətdarlığını
bildirib.
Sonra konfrans iştirakçılarına
Əziz Əliyevin həyat, ictimai və elmi fəaliyyətinə
həsr olunmuş film
nümayiş olunub.
Konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat
işlərinin nəticələrini
əks etdirən çıxışları ilə
davam etdirdi. Təbabətin müxtəlif aktual problemlərinə həsr
olunmuş məruzələr
dinlənildi.
Qeyd edək ki, tədbir
Prezident İlham Əliyev "Azərbaycanın
görkəmli dövlət
və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında"
Sərəncamına əsasən
keçirilib.
AZƏRTAC
Azərbaycan.-
2017.- 3 fevral.- S.6.