Bakı Şəhər Halqası Əməliyyat
Şirkətinin akademiyasının açılıb
Fevralın 2-də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan akademiyanın açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən BŞH-nın insan resursları şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova Bakı Şəhər Halqası akademiyasının açılmasında əsas məqsədin ölkəmizdə keçiriləcək Formula-1 yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığının daha peşəkar səviyyədə reallaşdırmaq olduğunu bildirib. O, könüllülərin şəxsi inkişafının daim diqqət mərkəzində olduğunu qeyd edərək vurğulayıb ki, akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, liderlik, layihələrin idarə edilməsi və başqa zəruri mövzularda təlimlər keçiriləcək.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısı yerli mütəxəssislərdir. Gənclər arasında könüllülüyə marağın durmadan artması bizdə sevinc və fərəh hissi oyadır. Bizim üçün vacib əhəmiyyət kəsb edən əsas məqam odur ki, irimiqyaslı idman tədbirlərinə cəlb olunan gənclər yüksək təşkilatçılıq bacarıqları qazanmaqla yanaşı, onların gələcək şəxsi inkişafı da yüksək səviyyədə təmin olunsun.
Təhsil naziri
Mikayıl Cabbarov bildirib
ki, qarşıya qoyulan
əsas məqsəd ölkənin gələcəyi üçün yüksək keyfiyyətlərə
malik gənc nəsil hazırlamaqdır. Bu gün savadlı, innovativ, milli dəyərləri
qorumaqla qlobal dünyaya hazır olan nəslin
yetişdirilməsi ən başlıca vəzifəmizdir.
Azərbaycan.-
2017.- 3 fevral.- S.6.