“Azərbaycan Respublikası Hökuməti ilə
İsveçrə Federal Şurası
arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi
haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” 2016-cı il oktyabrın 10-da Bern şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr
2016-cı il
Azərbaycan.-
2017.- 4 fevral.- S.1.