Muzey-şəhər - İÇƏRİŞƏHƏR

 

İçərişəhərə insanların - istər turistlərin, istərsə də yerli sakinlərin marağı azalmır. Bakının və paytaxta bölgələrdən gələn qonaqların bu marağı tarixi keçmişimizi öyrənmək, daha dərindən bilmək istəyindən irəli gəlir. Xarici turistlərdə isə bu marağı oyadan Azərbaycanın dünyada qazandığı nüfuz və rəğbətdir.

İçərişəhərə yolu düşənlərin hamısını cəlb edən bir başlıca səbəb də var. Bu da İçərişəhərdə tamaşa üçün təkcə tarixlər şahidi divarların deyil, neçə-neçə digər eksponatın da olmasıdır. Burada nümayiş etdirilən saysız-hesabsız qədim məişət əşyaları, fiqurlar, barelyeflər, suvenirlər və digər sənətkarlıq nümunələri təsadüfən eksponat adlandırılmır. Çünki İçərişəhər özünün bütün infrastrukturu və qoynundakı əşyalarla birlikdə həqiqətən açıq səma altında bənzərsiz muzeydir. Elə bir şəhər və elə bir muzey ki, illər keçdikcə diqqəti daha çox cəlb edir.

 

Azərbaycan.- 2017.- 5 fevral.- S.6.