Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 17, ¹ 5, maddə 323; 2002, ¹ 5, maddə 236; 2003, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹ 2, maddə 64, ¹ 12, maddə 1006; 2007, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046; 2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə 75, ¹ 4, maddə 276; 2011, ¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr 583, 619, ¹ 12, maddələr 1096, 1105; 2012, ¹ 5, maddə 411, ¹ 6, maddə 511; 2013, ¹ 5, maddə 472, ¹ 6, maddə 625, ¹ 11, maddələr 1266, 1307; 2015, ¹ 6, maddə 677, ¹ 12, maddə 1435; 2016, ¹ 5, maddə 836, ¹ 6, maddə 1016; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 335-VQD nömrəli və 16 dekabr tarixli 455-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 231.3-cü maddənin birinci cümləsində “İcra üzrə icraatın dayandırılması” sözləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması)” sözləri ilə əvəz edilsin.

2. 234-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 234. Qətnamənin icra edilməsi

234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur:

234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2016-cı il

 

Azərbaycan.- 2017.- 7 fevral.- S.4.