Əbdürrəhman Saad: Prezident İlham Əliyevin İslam həmrəyliyi barədə tarixi təşəbbüsü çox aktual təşəbbüsdür

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il ilin “İslam Həmrəyliyi İli” elan edilməsi barədə tarixi təşəbbüsü vaxtında irəli sürülmüş aktual təşəbbüsdür.

Misirin xarici siyasət məsələləri üzrə şurasının üzvü, ictimai-siyasi xadim, professor Əbdürrəhman Saad bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, islam aləmində baş verən hadisələr və müasir dövrdə müsəlman ölkələrinin üzləşdiyi təhdidlərlə əlaqədar, bu cür həmrəylik ideyası xüsusi məna və əhəmiyyət kəsb edir. O deyib: “İndiki vaxtda islam dünyasında birləşməyə və həmrəyliyə, habelə bir sıra mühüm məsələlər barəsində mövqelərin yaxınlaşdırılmasına çox ehtiyac var. Bu gün dünya terrorizmekstremizm kimi mənfi hallarla üzləşir və təəssüf ki, islam dini, müsəlman ölkələri barəsində təhrif olunmuş mənfi təsəvvür yaranıb. Əslində bu, sülh, xeyirxahlıq, sevgi, dözümlülükdinc yanaşı yaşama kimi dəyərləri təbliğ edən dinimiz barəsində yanlış təsəvvürdür. Bu baxımdan, Azərbaycanın təşəbbüsü həqiqi islami dəyərlərin təbliğində, müsəlman dövlətləri ilə digər ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır”.

Əbdürrəhman Saad vurğulayıb: “Biz Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirir və alqışlayırıq. Hesab edirik ki, bu təşəbbüs bütün xalqların mənafeyinə uyğundur. Əminik ki, bütün müsəlman xalqları, o cümlədən misirlilər də bu nəcib həmrəylik ideyasını dəstəkləyirlər. İnanırıq, bu təşəbbüs müxtəlif problemlərin və münaqişələrin həllinə, bütün neqativ halların, o cümlədən sülhsevər islam dini ilə heç bir əlaqəsi olmayan terrorizminekstremizmin kökünün kəsilməsinə kömək edəcək”.

Misirli siyasətçi xüsusi qeyd edib ki, Azərbaycanın siyasəti dərin ehtirama layiqdir. O deyib: “Azərbaycan müsəlman ölkələrini bütün mühüm məsələlərdə həmişə dəstəkləyir, ölkələrin və xalqların bir-birinə yaxınlaşması üçün böyük səy göstərir. Multikulturalizmin Azərbaycan modeli də təqdirəlayiqdir. Hamıya məlumdur ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Şübhəsiz, bu, Prezident İlham Əliyevin müdrikölçülüb-biçilmiş siyasətinin göstəricisidir. Mən Bakıda keçirilən iki beynəlxalq konfransda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan sivilizasiyalararası dialoq yaradılması üçün çox böyük potensiala malikdirbu işə sanballı töhfə verir. Bununla bərabər, sizin ölkəniz tarix boyu islam təfəkkürünün, onun fəlsəfəsinin inkişafına böyük töhfə verirbiz indiyə qədər bu dərin biliklərdən, elmi araşdırmalardan bəhrələnirik”.

Əbdürrəhman Saad sonda bir daha vurğulayıb ki, Azərbaycanın lideri İlham Əliyevin təşəbbüsü çox əhəmiyyətli tarixi təşəbbüsdür və bütün müsəlman ölkələri bu təşəbbüsün reallaşması üçün mümkün qədər səy göstərməlidirlər, çünki o, mövcud fikir ayrılıqlarının və ziddiyyətlərin aradan qaldırılması, bütün neqativ halların və meyillərin kökünün kəsilməsi, həqiqi birliyə nail olmaq, bütün istiqamətlərdə - siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə uğur qazanmaq üçün atılan real addımdır.

 

Azərbaycan.- 2017.- 7 fevral.- S. 5.