Azərbaycan Prezidentiİslam Həmrəyliyi İli” təşəbbüsü ilə bütün dünyaya həmrəylik mesajı verdi

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İlielan olunması ilə bağlı nə deyə bilərsiniz?

- 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İlielan edilməsi günümüzdə baş verən qlobal hadisələr kontekstində çox mütərəqqi addımdır. Prezident İlham Əliyevin müdrik, düşünülmüşgeniş mənəvi elementləri özündə ehtiva edən bu uzaqgörən addımı dünya miqyasında strateji əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, böyük siyasi cəsarət və dövlətçilik məharəti göstərən dövlətimizin başçısı Azərbaycanın İslam ölkələri arasında artan nüfuzunu da gücləndirərək ümumilikdə bütün dünyaya həmrəylik mesajı verdi.

-Azərbaycanda “İslam Həmrəyliyi İlinin elan olunmasının dünyaya bir mesaj olduğunu qeyd etdiniz. Sizcə ölkəmiz dünyaya hansı mesajı vermiş oldu?

-Bilirsiniz ki, cənab Prezidentin həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqları üzərində qurulub. Təbii ki, “İslam Həmrəyliyi İlinin elan olunmasının həm daxili, həm də beynəlxalq çağırışları ehtiva edən səbəbləri var. Daxili səbəblər ondan ibarətdir ki, tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmiz öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirməklə, İslam həmrəyliyini eyni zamanda vətəndaş həmrəyliyinin tərkib hissəsi kimi görür. Ölkəmizdə yaşayan vətəndaşların mütləq əksəriyyətinin İslam dininin mənsubları olduğunu nəzərə alsaq, həmrəyliyin nə qədər böyük ictimai-mədəni əhəmiyyəti olduğunu anlamış olarıq.

Xarici səbəblərə gəldikdə isə burada Azərbaycanın dünyaya elan etdiyi yeni bir çağırışın şahidi oluruq. Heç kim üçün sirr deyil ki, bu gün dünyada dini zəmində, eləcə də məzhəblərərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılıb və gələcəkdə də yeni ocaqların yaradılması istisna deyil. Dini təhlükəsizlik problemlərinin gələcəkdə dünyada qlobal təhlükəsizlik problemlərinin əsasına çevrilməklə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşmasına gətirib çıxaracağı prosesinin başlandığını gözardı edə bilmərik. Dolayısıyla, dini təhlükəsizlik bir çox ölkələrin milli təhlükəsizliyinin əsas tərkib hissəsinə çevrilib. Xüsusilə İslam ölkələri hər gün yeni təhdidlərlə üzləşməkdədirlər. Məhz belə bir şəraitdə “İslam Həmrəyliyi İlinin elan edilməsi bu mənfi ənənəyə, habelə Qərbin bəzi dairələrinin islamofob mövqeyinə bir növyox” deyilməsidir. Təəssüf ki, bəzi Qərb dövlətləri islamofobiyaya qarşı mübarizə aparmaq əvəzinə, onun genişlənməsinə şərait yaradırlar ki, bu da gələcəkdə dünyada irqçiliyin, millətçiliyin, radikal meyillərin artmasına səbəb ola bilər. Bununla da həmin ölkələrin milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yarana bilər. Həmin ölkələr İslam və müsəlmanlara qarşı siyasətlərinə heç olmasa öz təhlükəsizliyinin təminatı naminə yenidən baxsalar, daha yaxşı olar.

Onu da xüsusi qeyd etmək lazımdır ki, heç də hər İslam ölkəsində belə cəsarət görmək mümkün deyil. Çünki bəzi İslam ölkələrinin özləri də müəyyən geosiyasigeoiqtisadi maraqlar çərçivəsində oynanılan oyunların bilərək və ya bilməyərək alətinə çevriliblər. Bir sözlə, İslam həmrəyliyinin elan edilməsində biz bir çox amilləri görürük. Bunlar müstəqil, prinsipial və cəsarətli siyasət, milli-mənəvi dəyərlərə sədaqət, sülhə və birliyə çağırış, möhkəm iqtisadi potensial və ən nəhayət, güclü Azərbaycan dövləti deməkdir.

-Ümumiyyətlə, dünyada İslam həmrəyliyinin olmaması hansı səbəblərlə bağlıdır?

-Suala cavab vermək üçün öncə dünyada yaranmış mənzərəni obyektiv şəkildə qısa da olsa qiymətləndirmək lazımdır. Əvvəla, dünyada xaotik vəziyyətin formalaşmasında maraqlı olan qüvvələrin mövcudluğu hər birimizə məlumdur. Həmin qüvvələr müxtəlif cəmiyyətlərdə fərqli qarşıdurma “alətləri”ndən istifadə etməklə insanların təhlükəsiz və əmin-amanlıq şəraitində yaşamasına birbaşa maneçilik törədirlər. Əlbətdə ki, bunun da özünəməxsus səbəbləri var. Əgər dünyada qarşıdurma və toqquşma olmasa, qan tökülməsə, yəni, sabitlik bərqərar olsa, hərbi sənayenin yeni nailiyyətlərini sınaqdan keçirməyə bu qüvvələr yer tapa bilməzlər. Yaxud silah və hərbi sursat satışının səviyyəsi aşağı enər. Eləcə də ölkələr təsir altına düşmədən müstəqil siyasət apararlar, yeraltı və yerüstü sərvətlərinə özləri sahib olarlar. Yaxın Şərqə nəzər salın. O ölkələrin vətəndaşları öz təbii sərvətlərinə sahibdirlərmi? Silahsız, qansız, partlayışsız bir günləri keçirmi? Öz sözlərini müstəqil şəkildə deyə bilirlərmi? Təbii ki, yox. Bütün bunların kökündə isə gosiyasigeoiqtisadi maraqları olan, xüsusilə İslam dininin artan nüfuzunun qarşısının alınmasına çalışan qüvvələrin fəaliyyəti dayanır. Vaxtilə o ölkələrdə dini siyasiləşdirən radikal qüvvələr formalaşdırıldı. İndi isə həmin ərazilər xarabalığa çevrilib.

Şübhə yoxdur ki, bəzi İslam ölkələrinin Qərb dairələrinin təsiri altında olması, İslam dininin xurafatterror dini kimi təqdim edilməsi, məzhəb ayrı-seçkiliyi və dini nifrətin qızışdırılmaısının da bu proseslərdə nəzərəçarpacaq rolu var. Söylədiklərimə əsasən deyə bilərik ki, bu, artıq Qərblə Şərqin toqquşmasına xidmət edən, yaxud maraqların toqquşması prosesidir. Zaman göstərəcək, bəzi Qərb dairələrinin Şərq üzərində hegemonluq etmə cəhdlərinə və hücumlarına adekvat cavab veriləcək. Ümumiyyətlə, İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşı mübarizə və reabilitasiyada ən effektiv vasitəsidir, xüsusilə məzhəbçilik və dini təhlükəsizlik problemlərinin həllinin açarıdır. Bununla da, Azərbaycan Respublikasının Prezidenti növbəti dəfə bəşəriyyəti ciddi narahat edən təhlükənin qarşısının alınması üçün yol xəritəsini diqqətə çatdırmaqla humanistliyini bir daha nümayiş etdirdi.

Bütün bu qeyd edilənlər kontekstində Azərbaycanın fərqli bir baxış bucağını ortaya qoyduğunu görürük. Biz dinin siyasiləşdirilməsi və məzhəbçiliyi yolverilməz hesab edirik, müstəqil dövlət siyasətimiz varöz milli-mənəvi dəyərlərimizi qoruyuruq. Ölkəmizdə bütün dinlərin və məzhəblərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu birgəyaşayış başqaları üçün xəyal kimi görünsə də xalqımız bunu praktikada yaşamaqdadır. Biz həm dövlətimizin, həm də ölkəmizdə ictimai-siyasi sabitlik və təhlükəsizliyin qədrini bilməli, tarixən formalaşmış dəyərlərimizə sahib çıxmalıyıq.

-Dini sahədə boşluqların doldurulması və qeyd edilən mənfi meyillərə qarşı necə mübarizə aparmaq olar?

-Bu gün bizim üçün əsas prioritet istiqamət milli dini kadrların yetişdirilməsi, yeni nəsil gənclərin məzhəbçilik kimi arzuolunmaz, son dərəcə təhlükəli, zərərli “ideologiyalar”ın, tendensiyaların təsirindən qorunması məsələsidir. Din sahəsi digər sahələrdən fərqlənən xüsusiyyətlərə malik olduğu üçün təcrübələr göstərir ki, burada xaricdə təhsil almaq məsələsi özünü doğrultmur. İnsanların dini düşüncəsinin sağlam müstəvidə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşdırılması üçün milli kadrlarımızı yetişdirməliyik. Həmin kadrlar din xadimiya mütəxəssis kimi fəaliyyət göstərərkən Azərbaycanın milli dövlətçilik maraqlarını nəzərə almalı, vətənpərvərlik ruhunu rəhbər tutmalı, milli-mənəvi dəyərlərimizin keşiyində durmalı, İslam dininin insanlara olduğu kimi çatdırılmasında aparıcı qüvvəyə çevrilməli, xurafatdini radikalizmlə barışmaz mübarizə ortaya qoymalıdırlar.

 

Azərbaycan.-2017.- 8 fevral.- S.3.