Bir günün tarixə yazılan üç hadisəsi

 

İlham Əliyev mükafatlandırmağı da, cəzalandırmağı da yaxşı  bacarır

 

Mübariz İbrahimov Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqımızın şəhid gedən övladlarındandır!

Mübariz İbrahimov qəhrəmanlığı dastana, özü nümunəyə çevrilən Azərbaycan əsgərinin simvoludur!

Mübariz İbrahimov təkbaşına düşməni tar-mar edən, işğalçı əsgərlərin canına qorxu xofu salan, xalqımızın sonsuz məhəbbətini qazanan Milli Qəhrəmanımızdır!

Düşmən onun diriliyinə yaxın dura bilmədi!

Cəsədindən isə intiqam almaq istəyirdi!

Uzun müddət geri qaytarmadı...

Çünki xisləti belədir!

Ali Baş Komandan cənab İlham Əliyev onun Vətənə gətirilməsi üçün bütün imkan vasitələrdən istifadə etdi!

Bəli, bizim Baş Sərkərdə əsgərinin harada, hansı vəziyyətdə olmasına baxmayaraq, daim ona arxa durmağı, sahib çıxmağı bacarır!

Ramil Səfərovun xüsusi əməliyyat nəticəsində, heç kimin xəbəri olmadan ölkəyə necə gətirildiyini, Binə hava limanında əfv edildiyini, vətəndaşlıq pasportunun özünə qaytarıldığını, hərbi rütbəsini bərpa etdiyini heç birimiz unutmamışıq!

Mübariz İbrahimov da hörmət izzətlə Vətənə gətirildi, Prezidentin şəxsi iştirakı ilə vida mərasimi keçirildi. İkinci Fəxri xiyabanda minlərlə insanın iştirakı ilə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Prezident İlham Əliyev onu ən yüksək mükafata - Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördü!

Hamımız əmin idik ki, yüksək qədirbilənliklə qeyd edilən qəhrəmanlıq təkrar olunacaq, Mübariz İbrahimovun ardıcılları yetişəcəkdir!

Elə oldu!

Növbəti dəfə həmin qəhrəmanlığı Çingiz Qurbanov təkrar etdi.

Ermənilər şəhidimizin cəsədini ələ keçirərək öz murdarlıqlarını bir daha nümayiş etdirdilər!

Yenə Ali Baş Komandan öz prinsipiallığını göstərdi...

Otuz doqquz gündən sonra Çingiz Qurbanovun cənazəsi Vətənə qaytarıldı.

Şəhidimiz uğrunda canından keçdiyi Vətən torpağına daxil olduğu andan yüksək əsgəri hörmət ehtiramla qarşılandı. Vida mərasimində ölkənin ən yüksək çinli hərbçiləri, xalqımızın tanınmış simaları, şəhidin xatirəsini əziz tutan yüzlərlə insan iştirak etdi.

Vətənin daha bir şəhid balası böyük matəm təntənəsi ilə torpağa tapşırıldı.

7 fevral Mübariz İbrahimovun doğum günüdür!

Xalqımız bu günü qürurla, qəhrəmanlar günü kimi qeyd edir!

Adı əfsanəyə çevrilən qəhrəman ad günündə ölkənin hər yerində hörmətlə anılır!

Budəfəki 7 fevral isə daha bir unudulmaz hadisə ilə yaddaşlara həkk olundu!

Azərbaycan Prezidenti cənab İlham Əliyev Çingiz Qurbanovun şücaətini yüksək qiymətləndirərək onu da Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördü!

Prezidentin bu fərmanı da böyük sevinc razılıqla qarşılandı!

Vətən uğrunda qəhrəmanlıq göstərənlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçənlər həm dövlət mükafatlarına layiq görülür, həm xalqın tükənməz sevgisini qazanır.

Bu, qədirbilənlikdir, hörmət məhəbbətdir, həm prinsipiallıqdır, düşmən üzərində qələbənin xüsusi, mənəvi formasıdır!

7 fevral daha bir hadisə ilə yadda qaldı: Azərbaycana qarşı dəfələrlə düşmənçilik addımları atan, dövlət sərhədlərimizi dəfələrlə özbaşına pozan bloqqer Aleksandr Lapşin tutularaq Bakıya gətirildi.

Ermənilər tərəfindən pulla şirnikləndirilən, Azərbaycan qanunlarına məhəl qoymaq istəməyən, dövlətimiz əleyhinə müxtəlif çağırışlar edən bloqqer cəzasız qalacağına əmin idi! Üç ölkənin vətəndaşı sayılırdı vətəndaşı olduğu dövlətlər onun Azərbaycana verilməsinin əleyhinə olduqlarını açıq şəkildə bəyan edirdilər!

İlham Əliyevin müdrik uzaqgörən xarici siyasəti, beynəlxalq aləmdəki nüfuzu, habelə diplomatik məharəti bu dəfə özünü göstərdi.

Azərbaycan Prezidentinin qətiyyət prinsipiallığı sayəsində dünya erməniliyinin əlaltılarından biri ölkəmizə gətirilərək ədalət məhkəməsinə təqdim edildi!

Budur rəhbər qətiyyəti prinsipiallığı!

Budur dövlət başçısının beynəlxalq aləmdəki nüfuz dəstəyi!

Budur mümkün olmayan işləri mümkün etmək məharəti!

Burada dost Belarusun siyasi hüquq mühafizə orqanları rəhbərlərinin dostluğa sədaqətlərini qanunun aliliyinə hörmətlərini xüsusi qeyd etmək vacibdir!

Bu dostluğu yaradan möhkəmləndirən Heydər Əliyev siyasi kursu ilə inamla gedən cənab İlham Əliyevdir!

Onun alicənablığı, dara düşənlərə kömək əlini uzatması, özü xeyirxah olmaqla yanaşı, xeyirxah əməlləri layiqincə qiymətləndirməyi bacarması da bütün dünyaya bəllidir!

Çox sağ ol, qədirbilən ana Vətən!

Qəbriniz nurla dolsun, qəhrəman şəhid balalarımız!

Bütün bunlara görə təşəkkür minnətdarlığımızı qəbul et, cənab Ali Baş Komandan!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2017.- 9 fevral.- S.1.